Hazırda “Yedullahın gözəl cini” filmində rol oynadığı üçün Tehranda olan aktrisa Nurgül Yeşilçay yeni fotolar paylaşmağa davam edir.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisanın qısa saçlı parikdə çəkdirdiyi şəkli izləyicilər arasında mübahisə yaradıb.
Nurgülün “Bir ara saçımı belə kəsdirəcəyəm, necədir?” qeydli fotosunu sevənlərin bəziləri bəyənsə də, çoxu narazılıq edib.
Qeyd edək ki, Yeşilçay iranlı rejissor Bayram Fazlının çəkdiyi ekran işi üçün Tehranda bir ay qalacaq. O, filmdə ağzını açmadan 250 min lirə (təxminən 125 min manat) qonorar alacaq. Aktrisa aldığı travma səbəbindən danışa bilməyən Dilaram obrazını canlandıracaq.