Azərbaycanlı müğənni Niyam Salami iyulun 6-da Ramazan bayramı münasibəti ilə Şıxov çimərliyində yerləşən məkanların birində konsert verəcək. Bu barədə Lent.az-a ifaçının özü məlumat verib: “Bu müqəddəs ayda insanların istəyini nəzərə alıb, Şıxov çimərliyində konsert verəcəyəm. İlk dəfə olaraq insanların istəyini nəzərə alaraq biletlərin qiymətini 20 manat etdik. Bu sırf mənim istəyim oldu. İstədim ki, konsertə hər kəs gələ bilsin. Bu konsertimdə bir çox sürprizlər olacaq. Gecədə repertuarımda sevilən mahnılarla yanaşı, yeni bəstələr də səslənəcək. Sənət dostlarım Səidə Sultan, Ramal İsrafilov, Mətanət Əsədova və reper Qurd da mənimlə bərabər olacaq. Artıq konsertə iki gün qalıb, hər kəsi gözləyirəm”.