Nazpəri: “... yalandır” - AÇIQLAMA
02 iyul 2013 18:15 (UTC +04:00)

Nazpəri: “... yalandır” - AÇIQLAMA

Nazpəri Dostəliyeva İlhamə Quliyevaya 50 min manat təzminat ödəyəcəyini təkzib edib. Lent. az-a açıqlama verən müğənni xəbərin həqiqətə uyğun olmadığını söyləyib: “Bu xəbəri kim deyir? Hələ məhkəmə bitməyib. Yalançı informasiyadır yayıblar. Məhkəmə prosesi davam edir. Bunlar belədirlər də öyrəniblər yalançı informasiyaya. Bu dəqiqə zəng edəcəm vəkilimə”.

 

N.Dostəliyevanın vəkili Yunis Vəliyevlə əlaqə saxladıq. O, Lent.az-a  bildirdi ki, proses davam edir: “Bunun hələ apelyasiya, Ali Məhkəməsi var. Bu, sadəcə ilkin qərardır”.

 

Qeyd edək ki, bu gün Nəsimi rayon məhkəməsində xalq artisti İlhamə Quliyevanın xalq artisti Nazpəri Dostəliyevaya qarşı qaldırdığı iddia üzrə proses keçirilib. Məhkəmənin qərarına əsasən, Nazpəri Dostəliyeva İlhamə Quliyevaya vurduğu mənəvi ziyana görə 50.000 manat təzminat ödəyəcək. Bundan başqa məhkəmə Nazpəri Dostəliyevanın televiziya vasitəsilə İlhamə Quliyevadan üzr istəməsi barədə də qərar çıxarıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2362
avatar

Yalçın UĞUR

Oxşar yazılar