Müğənni Nadir Qafarzadənin oğlu Loğman London Universitetində təhsil almaq hüququ qazanıb. Bu barədə Lent.az-a müğənni özü məlumat verib. O, bildirib ki, ötən gün oğlunu Londona yola salıb: “Allah hər bir valideynə belə bir gün nəsib etsin, xoş duyğulardı. Böyük oğlum Loğman xarici ölkədə təhsil alacaq. Mən Azərbaycana iki oğul yetişdirirəm. Loğmanın Azərbaycandan kənarda təhsil alması məni sevindirməyə bilməz”.
Müğənni bildirib ki, o, İnstagram-da bu xəbəri pərəstişkarları ilə bölüşüb.