Dünən Heydər Əliyevin 90 illiyi münasibəti ilə keçirilən "Tur de Azerbaijan" yarışmanın açılışını Mustafa Cecəli edib. Konsert Dənizkənarı parkda gerçəkləşib. Konsertdən öncə Lent. az-a açıqlama verən sənətçi Bakıda ilk dəfə olduğunu söyləyib: ” Bu axşam mənim çıxışımdan sonra Azərbaycanın ən dəyərli sənətçiləri səhnəyə çıxacaqlar. Bu gün bura gələndə xoş olmayan bir xəbər eşitdim - 4 il əvvəl Neft Akademiyasında olmuş faciəni, qətliamı ... Buna görə də ilk mahnımı onların xatirəsinə həsr edəcəm. Deyim ki, şəhəriniz çox gözəldir. Növbəti dəfə bura ailəmlə gələcəm. Amma bu dəfə gəzməyə vaxtım olmayacaq. Bu gün Türkiyəyə qayıdacam”.
Türkiyəli sənətçi daha sonra müğənni Röya ilə olan işbirliyindən söz açıb: “Röya ilə bir mahnı aranjeman etdik. Onu bir insan kimi çox bəyəndim. Çox zərif və kübar bir xanımdır. Onunla işlərimiz davamlı olacaq”.