
Mirasını fanatı olduğu məşhur aktyora qoydu
Hindistanın Mumbay şəhər sakini Nişi Harişçandra Tripathi ölümündən qabaq gözlənilməz addım atıb.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, qadın bank hesabında olan pulları və zinət əşyalarının hamısını ölümündən əvvəl heyranı olduğu Bollivud ulduzu, aktyor Sanjay Dutta verib.
Bu il yanvarın 15-də xəstəliyi ucbatından dünyasını dəyişən 62 yaşlı qadının mirası haqda aktyora məlumat verilib. O, fanatının bu hərəkətindən çox duyğulandığını, lakin mirası qəbul etməyəcəyini açıqlayıb.
Hazırda Nişinin pulları və zinət əşyalarını bölmək üçün onun qohumları axtarılır.
Qeyd edək ki, 58 yaşlı Dutt 100-dən çox hind filmində oynayıb.
Oxşar yazılar

Rəqsanənin işi üzrə zərərçəkənlərin kimliyi məlum oldu - YENİLƏNİB
21 avqust 2025 , 16:26
Tom Kruz 63 yaşında ata olmaq istəyir - 600 milyon dollarlıq sərvət
21 avqust 2025 , 11:22
Rusiyada Hüseyn Həsənovun şirkəti ləğv edildi
21 avqust 2025 , 03:53
Eda Taşpınar sevgilisi ilə DODAQ-DODAĞA
20 avqust 2025 , 14:47
“Eurovision 2026” bu ölkədə keçiriləcək
20 avqust 2025 , 10:48
80 yaşından sonra eşq axtarır… “Elvis Presleyin dul arvadı”
20 avqust 2025 , 10:37
Arvadına görə anasına üz döndərən Özcan Deniz yenə GÜNDƏMDƏ
19 avqust 2025 , 15:54