Gənc müğənni Orxan Babazadə yeni bir hit mahnısı ilə yenə şou-biznesə meydan oxuyacaq. Orxan «Bahar çiçəyi» ilə yenidən gündəmə gəldi. Lent.az-ın məlumatına görə, musiqisi «Qala» qrupunun rəhbəri Ceyhuna, sözləri Azər Şirinə məxsus mahnı tez müddətdə sevilməyə başladı.
Ancaq Orxanın fəaliyyəti bununla bitmir. Gənc müğənninin xeyriyyəçi olduğu da heç kimə sirr deyil. Orxan Babazadə bu günə qədər bir çox uşaq evlərinə, qocalar evinə yardım etsə də, çox vaxt bunları kameradan, mətbuatdan gizlədir. Onun sözlərinə görə, insanlıq naminə etdiyi yaxşılıqları dilə gətirməyi sevmir.
Yeri gəlmişkən, bu yaxınlarda Türkiyə səfirliyində «Qızıl Aypara» Cəmiyyəti Azərbaycanın 3 tanınmış sənətkarını Soma faciəsində əziyyət çəkən insanlara yardımlarına görə ödülləndirdi. Xalq artisti Nisə Qasımova, Əməkdar artist Mətanət İsgəndərli və gənc müğənnilərdən məhz Orxan Babazadə Türkiyə səfirliyində diplom və mükafata layiq görüldülər.