“Artıq bir aya yaxındır ki, 50 qəpik yığıram”. Bunu Lent. az-a müğənni Nadir Qafarzadə deyib: “Əvvəllər qəpik yığmaq kimi hobbim yox idi. 50 qəpik yığan bir imkanlı adamı görəndən sonra məndə də həvəs yarandı. Kimliyini desəm, inanmazsınız, onun pula ehtiyacı yoxdur, sadəcə, bu, bir hobbidir. İndi 3 kiloqramlıq bankanı 50 qəpiklə doldurmağa çalışıram. Bilmək istəyirəm, görüm, nə qədər yığılacaq, özümə də maraqlıdır. Amma pul saxlaya bilmirəm, əliaçıq adamam”.
2014