Türkiyəli popstar Demet Akalının əri Okan Kurt və qızı Hira ilə getdiyi Dubay səfəri pis sonlanıb.
Lent.az-ın Türkiyə Kiv-ə istinadən məlumatına görə, Demet və qızı tətilin son günü yedikləri balıqdan zəhərləniblər. Geri qayıdarkən təyyarədə halları pisləşən müğənni və qızına dərhal ilkin yardım göstərilib.
Hadisə ilə bağlı Demet Akalın bunları deyib: “Tətil deməyə dilim gəlmir. Zəhərlənib qayıtdıq”.