Məşhur aktyorun tərəf müqabili qorilla oldu - FOTO
Şahan Gökbakar son filmi olan “Recep İvedik 6”da izləyicilərinə Afrika macərası yaşadacaq. Lent.az Türkiyə mediasına istinadla bildirir ki, filmin ən maraqlı oyunçusu isə İspaniyada xüsusi hazırladılmış qorilladır.
Rəcəb İvedik yeni filmdə yanlışlıqla Keniyaya gedir. Konyada baş tutacaq quru lobya festivalına getmək istəyərkən turizm agentliyinin səhvi ilə Keniyaya gedən Rəcəb İvedik və dostu Nurullah Kiko adlı qorilla ilə tanış olurlar.
Fraqmanı indiyədək 20 milyon izlənən, baş rejissoru Toqan Gökbahar olan “Recep İvedik 6” noyabrın 8-də ekranlara çıxacaq.
Qeyd edək ki, 300 adamın iştirakı ilə çəkilən film Qaracabəydəki Lonqoz meşələrində baş tutub.
1482