Aktyor və rejissor Tom Henks ilə evli olan 58 yaşlı aktrisa Rita Uilson xərçəng xəstəliyinə tutulub.
Lent.az-ın “axşam.az”-a istinadən məlumatına görə, Rita "People" jurnalına verdiyi müsahibəsində döş xərçəngi olduğu üçün iki əməliyyat keçirdiyini açıqlayıb: "Keçən həftə hər iki döşümü xərçəngə görə götürdülər. Bu çətin anlarımda həyat yoldaşım yanımda oldu. Ailəmin və dostlarımın da dəstəyini hiss edirəm. Yaxşı ki xəstəliyi tez aşkar etdik".
İki uşaq anası olan aktrisa oxuculara müraciət edib: "Belə anlarda heç vaxt bir həkimin fikri ilə kifayətlənməyib ikinci bir həkimə də müayinə olunun. Mənim də birinci nəticələrim təmiz çıxmışdı. Sonra rəfiqəmin məsləhəti ilə başqa həkimə getdim".
Qeyd edək ki, T.Henks və R,Uilson 1988-ci ildən evlidirlər.