Azərbaycanlı müğənni Damla mərhum ifaçı Şəfanın repertuarından "Sevgi qatarı" adlı mahnını oxuyub. Lent.az-ın məlumatına görə, gənc müğənni söz və musiqisi Şəfa Hüseynova, aranjemanı İlkin Həsəniyə məxsus olan mahnı barədə bu sözləri söyləyib:"Şəfa sağlığında "Sevgi qatarı"nı həyat yoldaşına ithaf etmişdi. Onu dəlicəsinə sevirdi. Sevgidən və ona edilən xəyanətdən yaranan bir mahnıdır. Şəfa həyatdan nakam getdi. Onunla məni oxşar məqamlar birləşdirir. O da Qərbi azərbaycanlıdır, məndə. Hər ikimiz Sumqayıt şəhərinin sakini olmuşuq. Onun "Sevgi qatar"ı zamanında çox sevilib, mahnının unudulmasını istəmədiyim üçün onu lentə yazdırdım. Eyni zamanda bu mahnını minlərlə insan məndən oxumağımı istəyib".