Məleykə Əsədova: “Səviyyəmə uyğun olmayan şəkildə danışırlar” - AÇIQLAMA
27 aprel 2013 14:34 (UTC +04:00)

Məleykə Əsədova: “Səviyyəmə uyğun olmayan şəkildə danışırlar” - AÇIQLAMA

“Ümumiyyətlə mən “Facebook” sosial şəbəkəsindən istifadə etmirəm”.

Bunu Lent.az-a açıqlamasında xalq artisti Məleykə Əsədova deyib. Aktrisa-müğənni onun adından saxta profil açıb, statuslar, şəkillər paylaşan insanlara çağırış edib: ““Facebookda mənim adımla saxta 2-3 dənə səhifəsi var. Orada mənim özümdə olmayan şəkilləri paylaşıb, səviyyəmə uyğun olmayan şəkildə danışırlar. Bilsinlər ki, Məleykə Əsədovanın öz səviyyəsi var. Bunu efirlərdə də söyləmişəm. Zamanım yoxdur, oturum sosial şəbəkədə nəsə paylaşım. Bilsinlər ki, o mən deyiləm. Çox istərdim ki, onları yığışdırsınlar”.

 

Qeyd edək ki, xalq artisti Məleykə Əsədovanın adından açılmış saxta profildə bu status  yazılıb: “İlhamə Quliyeva ilə dünya üzrə populyar aktyor Vandam Bakıda görüşür. İlhamə Quliyeva özünü Vandama təqdim edir - Azərbaycan və Dağıstanın xalq artisti, şöhrət ordenli, Dünya Sülh Səfiri, Türk dünyasının sənət kraliçası İlhamə Quliyeva. Vandam qulaq asandan sonra gülə-gülə ingiliscə özünü İlhamə Quliyevaya təqdim edir: Deyir mən də milyarder, dünya şöhrətli aktyor Vandam! :)))”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2242
avatar

Yalçın UĞUR

Oxşar yazılar