Xalq artisti Mələkxanım Əyyubova ailəsi ilə birgə Türkiyəyə istirahətə yollanıb. Lent.az-ın məlumatına görə, xalq artisti istirahət zamanı çəkilmiş fotosunu paylaşaraq, “Ailəmlə birgə şam yeməyində” şərhini yazıb. İfaçının şam yeməyindən əlavə qızı ilə paylaşdığı şəkil maraqla qarşılanıb.
Xalq artisti Türkiyədə təhsil alan əməkdar artist Aybəniz Haşımovanın qızı ilə görüşüb. Bu barədə A.Haşımova sosial şəbəkədəki səhifəsində yazıb: “Xalqımızın tarixdə qalacağı sənətkarı Mələkxanım Əyyubova, sizə sonsuz təşəkkürüm var. Türkiyədə qızımla görüşdüyünüzə, ona hörmət qoyduğunuza görə, sizə minnətdaram”.
M.Əyyubovanın Türkiyədəki istirahəti zamanı çəkilmiş fotolarını təqdim edirik.