Vokal və estrada ifaçısı Lətifə Soyuöz yaradıcılıq işlərindən söz açıb. Lent.az-a danışan müğənni söz və musiqisi Günel Sərdarqızına məxsus “Çanta” adlı mahnı yazdırdığını bildirib: “Türkiyənin tanınmış müğənnisi Demet Akalın da “Çanta” adlı mahnı ifa edib. Amma mənim oxuduğum çanta, o çantalardan deyil. Yay ab-havasını xatırladan bir mahnıdır. Aranjemanı Yaşar Baxışa məxsus bu mahnı yaxın vaxtlarda dinləyicilərin ixtiyarında olacaq”.
Vokal ifaçısı daha sonra Türkiyədə reallaşdıracağı layihədən danışıb. “Türkiyənin tanınmış bir müğənnisi ilə duet ifa etməyə hazırlaşırıq. Ancaq çox təəssüflər ki, mən bu müğənnin adını açıqlaya bilmərəm. Çünki bu layihəni təşkil edən prodüserlər buna icazə vermirlər. İş tam hazır olduqdan sonra, mətbuata bildirəcəm. Amma gözləməyə dəyər, çünki bu layihə Azərbaycanda yaxşı mənada bir partlayış edəcək” - deyə o əlavə edib.