Dünən müğənni Lətifə Soyuözün "Hədəf" klipinin təqdimat mərasimi olub. Lent.az-ın məlumatına görə, mahnının söz və musiqisi Günel Sərdarqızınındır. Təqdimatda xalq şairi Baba Vəziroğlu, kinorejissor Şeyx Əbdül Mahmudbəyov, bəstəkar Faiq Şücəddinov, xalq artisti Faiq Ağayev iştirak edib.
Müğənni bildirib ki, çəkilişlər Filarmoniyada və Fatmayi kəndində aparılıb: “ Düşünürəm ki, çox fərqli bir ekran işi ərsəyə gəlib. Klipi rejissor Anar Hüseynov ekranlaşdırıb, iş prosesində 60 nəfər yaradıcı heyət çalışıb. Çətinliklərə baxmayaraq, yaxşı bir iş ərsəyə gətirə bilmişik .”
Xalq artisti Faiq Ağayev də klip barəsində fikirlər söyləyib: “ Lətifəni uşaqlıqdan tanıyıram. Onun çox gözəl səs imkanları var, klip çox səviyyəlidir . Buna görə onu təbrik etmək olar”.