Müğənni Kərim Abbasov xalq artisti İlhamə Quliyevanın nəvəsi Ruslana mahnı həsr edib. Söz və musiqisi ifaçının özünə məxsus olan mahnı “Gözəl balam” adlanır. Yeni işindən Lent. az-a danışan Kərim mahnı barədə bunları deyib: “Bu, ilk mahnımdır. İlhamə xanımın nəvəsinə yazmışam. Mahnı illərlə uşaq gözləyən valideynlərə də həsr olunur”.