Müğənni İradə İbrahimova 10 ildir birlikdə çalışdığı prodüseri Səbinədən ayrılıb. Lent.az-ın məlumatına görə, bunu ifaçının mətbuat katibi Zəminə Rüstəmova deyib: “Prodüser günün əsas hissəsini müğənninin yanında olmalı, sənət işlərini icra etməlidir. Səbinə xanımın isə azyaşlı körpəsi var. Zamanını İradə xanımın iş qrafikinə uyğunlaşdıra bilmir. Hələlik o, ailəsinə daha çox zaman ayırmalıdır. Birlikdə danışıb belə bir qərar verdilər. İradə İbrahimova ilə Səbinə xanımın dostluğu, ailə münasibəti davam edir".
İ. İbrahimova yeni prodüserlə işbirliyinə başlayacaq.