Tanınmış telejurnalist İlqar Əlfi 60 illik yubileyini qeyd edib. Lent.az-ın məlumatına görə, onun doğum gününə Azərbaycanın İndoneziyadakı Fövqəladə və Səlahiyyətli səfiri Tamerlan Qarayev, Azərbaycanın Tacikistandakı Fövqəladə və Səlahiyyətli səfiri Abbasəli Həsənov, APA Holdingin rəhbəri Vüsalə Mahirqızı, tanınmış şair Ramiz Rövşən və digərləri dəvətli idi. Gecəyə təşrif buyuran qonaqlar səbəbkarın həyat yoluna nəzər salaraq, onun ünvanına xoş sözlər söyləyib. Onların sözlərinə şou-biznesimizin tanınmış ulduzları xalq artisti Flora Kərimova, Faiq Ağayev, müğənnilər Niyam Salami, Ayan Babakişiyeva, Sevinc Ağaşirinova, Lətifə Soyuöz, rəqqasə Oksan Rəsulova və digərləri də qatılaraq, öz musiqi hədiyyələrini təqdim ediblər.
Xatırladaq ki, gecənin aparıcıları Günay Rəhimova və Şahin Cavadsoy idi.
Qeyd edək ki, İ.Əlfi jurnalist fəaliyyətinə 90-cı illərin əvvəlində AZTV-də “Dalğa” verilişindən başlayıb. Hazırda isə Azərbaycan Nazirlər Kabineti yanında Tərcümə mərkəzinin mütəxəssisidir.