“Qaya” Dövlət Ansamblının solisti Şölə Səfərəliyeva "Sevən ürəklər" qrupu ilə birlikdə "Əlvida" adlı klipinin təqdimetmə mərasimini keçirib.
Maraqlısı ondadır ki, klipin rejissoru, sözləri və musiqisi qrupun üç gənc ifaçıları Nicat Zeynallı, Nail Üusifov və Şaiq Çələbiyə aiddir.
Klirin ekran işi Nicat Zeynallının, mahnı mətni və musiqisi Nail Yusifovanın, aranjimanı Emin Muratın, operatoru işi isə Şəhriyar Əliyevindir.
Müğənni Şölə Lent.az-a klipin qiymətindən danışdı: “ Düşünürəm ki, fərqli bir klip ərsəyə gəldi.İmkanımız nəyə çatdısa onu da etdik. Pulumuz çox olarsa, bundanda yaxşı işlər ərsəyə gətirə bilərik. O ki qaldı kliprin neçəyə başa gəlməsinə, deyə bilərəm ki, klip iki “peraşki” qiymətinə ərsəyə gəldi”.