ABŞ-da keçirilən “Oskar” mükafatlandırma mərasimindən sonra Amerikalı aktrisa Frensis Makdormandın mükafatı oğurlanıb.
Lent.az-ın “oxu.az”a istinadən xəbərinə görə, aaktrisa dostları ilə söhbətləşmək üçün heykəlciyi bir kənara qoyduqdan sonra, naməlum kişi onu götürərək aradan çıxıb. Makdormandın küçənin ortasında oğurlanmış heykəlciyə görə göz yaşı tökməsi jurnalistlərin diqqətindən yayınmayıb. Daha sonra cinayətkar tədbirin fotoqrafı tərəfindən saxlanılıb. Heykəlcik aktrisaya qaytarılıb. Makdormand mərhəmət göstərərək, kişidən polisə şikayət etməyib və onun sərbəst buraxılmasını istəyib.
Qeyd edək ki, Makdormand “Ebbinq, Mussuri sərhədində 3 bilbord” filmində oynadığı baş rola görə “Oskar” mükafatına layiq görülüb.