Livan əsilli pornoulduz Mia Xalifa hokkey oyununu izlədiyi zaman xəsarət alıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, 25 yaşlı aktrisa "Washington Capitals" komandasının oyunçusunun zərbəsinə tuş gəlib.
Həmin oyunçunun zərbəsindən sonra şayba birbaşa pornoaktrisanın sinəsinə dəyib. Mia ani olaraq bərk ağrı hiss edib və dərhal sinəsini bağlayıb. "Sinəmi qucaqladım. Bərk ağrı var idi. Amma oyunu yarımçıq qoyub getmək istəmirdim. Çünki qalxsam, sanki hər yer qan olacaqdı" - deyə, o açıqlayıb.
Pornoulduz həmçinin əlavə edib ki, zamanla onun silikonlarından biri zəifləyəcək və o, yenidən əməliyyata girəcək.
Bundan sonra onun kamera qarşısına keçib-keçməyəcəyi sual altındadır.