Narkotik maddə ittihamı ilə həbsdə olan Türkiyənin tanınmış müğənnisi Deniz Seki ailə qurmağa hazırlaşır. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, ifaçı bildirib ki, 17 iyunda azadlığa çıxandan dərhal sonra Faruk Salman adlı bəylə nikah masasına əyləşəcək.
Belə ki, D.Səki uzun illərdir, Faruk Salmanla tanışdır. İfaçı bildirib ki, sevgilisi ona çətin günlərində dəstək olub və ona qadın cəzaçəkmə müəssisəsində evlilik təklifi edib. Onu da əlavə edək ki, cütlük nikahlarından öncə Avropaya istirahətə getməyi planlaşdırıb.