Türkiyənin tanınmış müğənnisi Halil Sezainin yeni solo albomu “Ey, Aşk” artıq böyük marağa səbəb olub.
Lent.az-ın məlumatına görə, müğənni bu albomda əksər mahnıları özü bəsdələyib və ifa edib. Halil Sezai “Aşk Yakar” mahısında Fizulinin unudulmaz misralarını öz bəstələdiyi musiqidə oxuyub.
Müğənni Azərbaycan şairinin sözlərinə oxuduğu mahnını Bakıda keçiriləcəyi nəzərdə tutulan konsertdə də oxumaq arzusunda olduğunu bildirib.
Qeyd edək ki, Halil Sezai aprelin 27-də Bakıda əyləncə mərkəzlərindən birində 2000 nəfərlik konsert proqramı ilə çıxış edəcək.
Konsertin təşkilatçısı Samir Xattab ,layihənin rəhbəri isə Elşən Səfərsoydur.