Hafiz Hacıyev Nazpəri Dostəliyevaya hücum etdi
25 aprel 2013 11:01 (UTC +04:00)

Hafiz Hacıyev Nazpəri Dostəliyevaya hücum etdi

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev xalq artisti Nazpəri Dostəliyeva haqda şok açıqlamalar verib. Lent.az-ın məlumatına görə, partiya sədri “Kanal 13” internet televiziyasına müsahibəsində xalq artisti Nazpəri Dostəliyevanı maliyyələşdirən məmurun adını bildiyini söyləyib. “Nazpəri Dostəliyeva bu hakimiyyətin, dövlətin çörəyini yeyib. Onun o villaları da indiki hakimiyyətin çörəyi hesabına başa gəlib. Gərək o gedib İsa Qəmbərin oğlunun toyunda qol açıb süzməməli idi. Orada Qəmbərov İsanın təbliğatı ilə məşğul olmamalı idi. Bu yaramaz haldır. Digərləri də hakimiyyətin çörəyini yeyib, gedib başqalarını tərifləməməlidir. Mən Nazpərini maliyyələşdirən naziri də tanıyıram. Onu ora göndərən məmuru da bilirəm. Onla oturub-duranı da bilirəm. Amma istəmirəm ki, seçki ərəfəsində başımı bu kimi məsələlərlə qatam”, - deyə o əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5441
avatar

Yalçın UĞUR

Oxşar yazılar