Müğənni Günay İbrahimli təzə mahnı yazdırıb. Lent. az-ın məlumatına görə, ifaçı bu dəfə yeni bəstəkara müraciət edib. Sözləri və musiqisi Tural Bakuviyə məxsus olan “Söz olar” mahnısını oxuyub. Mahnı artıq “Youtube”da yerləşdirilib. Mahnının xit olacağı iddia edilir.