Xalq artisti Flora Kərimova musiqisi Sevinc Tofiqqızıya və sözləri millət vəkili Qənirə Paşayevaya məxsus “Səni gözləyəcəm” adlı mahnı ifa edib.
Bu barədə Lent.az-a mahnının bəstəkarı S.Tofiqqızı məlumat verib. Bəstəkar F.Kərimovanın ona müraciət etməsindən məmnunluğunu gizlətməyib: “ Çox sevinirəm ki, artıq 3-cü dəfədir mənim bəstəmi xalq artisti Flora Kərimova ifa edir. Hər kəsi kövrəldən mahnının sözləri, millət vəkilli Qənirə Paşayevaya məxsusdur. Bu, Qənirə xanımın şeirinə bəstələdiyim artıq beşinci mahnıdır. Hələ davamı da olacaq. Mahnının aranjımançısı Osman bəyə də öz təşəkkürlərimi bildirirəm”.
İfaçı Flora Kərimovda mahnı haqqında açıqlama verdi: “ Bu mənim bəstəkar Sevinc Tofiqqızı ilə üçüncü işimdir. İnanın ki, mən çox şadam millət vəkillimiz Qənirə Paşayevanın sözlərinə və bəstəkarımız Sevinc Tofiqqızının musiqisinə aid olan mahnını ifa etdim. Bu mənim Sevinc xanımla son işim olmayacaq. Hələ bundan sonra bu gözəl bəstəkarın bir çox bəstələrinə müraciət edəcəyəm”.
https://www.youtube.com/watch?v=gnIpx9IPoZI&feature=player_embedded