Azərbaycanlı aktrisa: <span style="color:red;">"Ailəli deyiləm, amma hamiləyəm"
04 sentyabr 2014 17:40 (UTC +04:00)

Azərbaycanlı aktrisa: "Ailəli deyiləm, amma hamiləyəm"

ATV-də yayımlanan “Qız yükü” serialında yataq səhnəsi ilə müzakirələrə səbəb olan aktrisa Türkan Əliyeva danışıb. Lent.az-ın gecce.az-a istinadən verdiyi məlumata görə,  “Evdəyik” verilişinin qonağı olan aktrisa filmdəki həmin səhnələrlə bağlı maraqlı açıqlamaları ilə diqqət çəkib:

 

“Serialın müzakirələrə səbəb olan kadrlarında yalnız əl toxunmaları olub. Başqa heç nə!  Amma nədənsə mən qınaq atəşinə tutuldum. Çoxları qınadı ki, bu, pornodur. Orada açıq-saçıq heç nə yox idi. Amma o səhnəyə görə qonorarda artım olmuşdu. Əslində aldığım pul qarşılaşdığım təzyiqlərə, çəkdiyim stresslərə dəyməzdi. O qədər qınağın qarşısında aldığım qonorar çox az oldu. Əvvəlcədən bu səhnəyə görə qınaq atəşinə tutulacağımı bilirdim. Ailəmdən atam məni çox qınadı, çox üstümə gəldi”.

 

Daha sonra şəxsi həyatından danışan Türkan gözlənilməz etirafları ilə hər kəsi təəccübləndirib:

 

“Ailəli olub ayrılmışam. Şəxsi həyatımdır. Çox da açıb-ağartmaq istəmirəm. Həyatımda çox tanınmış bir şəxs var. O insandan övladım olacaq. Ana olacam! Adını açıqlamayacam, amma müğənnidir o insan. Evli deyilik onunla. Şəxsi həyat özümə məxsus olduğu üçün özüm bilərəm, həyatımda nə baş verir. Mənim üçün bu münasibət çox xoşdur. Övladıma atalıq hüququnu verəcək, razıdır hər bir şeyə. Övladımın atasının adını özünüz eşidəcəksiniz və mənimlə bir yerdə o insan efirə çıxacaq”. 

# 7008
avatar

Yalçın UĞUR

Oxşar yazılar