Marmelad yeyən qadın soyundu, balkondan yıxılıb öldü
18 may 2024 09:24 (UTC +04:00)

Marmelad yeyən qadın soyundu, balkondan yıxılıb öldü

Amerikalı turist İrlandiyada oteldə narkotikin təsiri altında çılpaq şəkildə balkondan yıxılaraq ölüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisənin 2023-cü ilin yazında baş verdiyi, lakin iş üzrə istintaqın hələ də davam etdiyi deyilir. Məhkəmənin verdiyi məlumata görə, 45 yaşlı Ketrin Batçelder əmiuşağının da olduğu musiqi festivalında iştirak etmək üçün Limerickə gəlib. Evə qayıtması ərəfəsində o, adətən həftədə iki dəfə yuxu dərmanı kimi istifadə etdiyi marmeladlar yeyib.

Saat 3 radələrində otel işçiləri Batçelderin mərtəbəsində səs-küy eşidiblər. Amerikalı qadın soyunub özünü itirən zaman onunla eyni oteldə qonaq olan Coanna Cakma ilə qarşılaşıb. Qadın Cakmaya hücum edərək, onun budundan dişləyib və pijamalarını cırıb.

Daha sonra Batçelder otel dəhlizlərində çılpaq şəkildə qaçıb. Hadisə yerinə gələn polis onu sakitləşdirməyə çalışsa da, çox keçmədən qadın 3-cü mərtəbənin eyvanından yıxılıb. Həkimlər onun öldüyünü bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2910
avatar

Oxşar yazılar