"Eurovision-2013” təmsilçimiz Fərid Məmmədov yaradıcılıq işlərini davam etdirir. Müğənni Lent. az-a yeni mahnısının hazır olduğunu söyləyib: “Mahnım artıq hazırdır. Musiqisini özüm yazmışam, sözləri Zəhra Bədəlbəylinindir. Mahnı “K tebya” adlanır. Bu kompozisiyanı dünən bəstəkar-müğənni Emin Ağalarovun konsertində oxudum. Yeni işlərim çoxdur. Təzə mahnılar üzərində işləyirəm”.