İsveçin Malmö şəhərində keçirilən “Eurovision-2013” mahnı müsabiqəsinin böyük finalında ölkələrin hansı ardıcıllıqla çıxış edəcəkləri müəyyən olunub.
APA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, mayın 16-da keçirilən ikinci yarımfinaldan sonra təşkilatçılar püşkatma mərasimi keçiriblər.
Püşkatmanın nəticələrinə əsasən 26 ölkə təmsilçilərinin qatılacağı finalda Azərbaycan təmsilçisi Fərid Məmmədov səhnəyə 20-ci sırada çıxacaq. Qeyd edək ki, F. Məmmədov yarımfinalda “Hold Me” adlı mahnını uğurla ifa edərək finala vəsiqə qazanmağa bacarıb.
Böyük finalda iştirak edəcək ölkələrin ardıcıllığı belədir:
1.Fransa
2.Litva
3.Moldova
4.Finlandiya
5.İspaniya
6.Belçika
7.Estoniya
8.Belarus
9.Malta
10.Rusiya
11.Almaniya
12.Ermənistan
13.Hollandiya
14.Rumıniya
15.Böyük Britaniya
16.İsveç
17.Macarıstan
18.Danimarka
19.İslandiya
20.Azərbaycan
21.Yunanıstan
22.Ukrayna
23.İtaliya
24.Norveç
25.Gürcüstan
26.İrlandiya