Fatimə və  İlham qayıtdı
26 aprel 2013 12:19 (UTC +04:00)

Fatimə və İlham qayıtdı

Rəqs ustalarımız Fatimə Fataliyeva və İlham Kərimli Misirdən qayıdıblar. Rəqqasə Fatimə  səfər barədə öz təəssüratlarını Lent. az-la bölüşüb: “Biz Misir Mədəniyyət Mərkəzinin təşkil etdiyi  "Milli Folklor və Zərb alətləri" adlı Beynəlxalq Festivalda iştirak etdik. Tədbir Qahirədə baş tutdu. Festivala milli geyimdə qatıldıq və milli rəqslərimizi nümayiş etdirdik. Çıxışımız uğurlu oldu. Bir neçə ölkədən dəvət aldıq. Sonra  Misir Dövlət Televiziyasında, canlı efirdə  “Naz eləmə” rəqsini nümayiş etdirdik".

 

Rəqqasə deyib ki,  əməkdar artist Yasəf Eyvazov, müğənni Rəşad İlyasov, zərb alət ifaçısı Can Şimşək, tar ifaçısı Tahir, skripkaçı Ramin və təşkilatçı Pərvin də onlarla bir yerdə olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1456

Oxşar yazılar