Müğənni-bəstəkar Emin Ağalarov Rusiyanın Kemerov vilayətində yerləşən əyləncə mərkəzindəki baş vermiş yanğında həlak olan 64 nəfərin ailəsinə maddi yardım edib.
Axşam.az xəbər verir ki, bu barədə Emin İnstaqram səhifəsində məlumat verib.
O, 5 şəhərdə verdiyi konsertdən əldə etdiyi 5 milyon rubl gəliri faciə qurbanlarının ailələrinə göndərdiyini bildirib.
“Kemerovda baş vermiş dəhşətli faciəyə biganə qalmaq qeyri-mümkündür. Buna görə yanğından sonra köməyə ehtiyacı olan qurbanların və yaralanan şəxslərin ailələrinə pul yardımı etmək qərarına gəlmişəm. 5 şəhərdə konsert vermişəm və hər bir konsertdən 1 milyon rubl gəlirim olub. Bu konsertlər onsuz da xeyriyyə məqsədi daşıyırdı. Dostlarla bərabər 15 milyon rubl toplamışıq və pulu Müslüm Maqomayev adına Fonda göndərmişik.
Qeyd edək ki, E.Ağalarov əslində 6 şəhərdə konsert verməli idi. Onun sonuncu çıxışı sabah Tümendə olmalı idi. Lakin planlaşdırılan konsert təxirə salınıb.