İyulun 11-də Yaşıl teatrda bəstəkar-müğənni Emin Ağalaraovun solo konserti olub.
Lent.az-ın məlumatına görə, ənənəvi yay konserti verən müğənni gecədə ən sevilən mahnılarını ifa edib. Daha sonra ifaçı royal arxasında da məharətini tamaşaçılara göstərib.
Konsertə gələn qonaqlar havaya şar uçurublar. Yadda qalan konsertdə ifaçını müşayiət edən rəqs qruplarının çıxışı isə gecəyə əlavə rəng qatıb. Gecə yarısına qədər davam edən konsertə gələn hər kəsə müğənni dərin minnətdarlığını bildirib.
Qeyd edək ki, “Eurovision-2013”-dəki təmsilçimiz Fərid Məmmədov, Çingiz Mustafayev, Ruhəngiz Allahverdiyeva, Murad Sadıq və başqaları da konsertə gələn qonaqlar arasında olub.