Əməkdar artist ana oldu
24 aprel 2013 13:05 (UTC +04:00)

Əməkdar artist ana oldu

Azərbaycanın əməkdar artisti Fidan Hacıyeva üçüncü dəfə ana olub. Bu barədə Lent.az-a sənətçinin ailəsindən məlumat verilib. Müğənninin oğlu dünyaya gəlib.

 

Fidan Hacıyeva ATV-nin "10-lar" verilişində deyib ki, ana olmağa hazırlaşdığı üçün efirə çıxmayıb: “Amma ikicanlı olmağıma baxmayaraq, dünyanın bir neçə ölkəsində konsert proqramı ilə çıxış etdim. Hazırda bütün işlərim öz qaydasındadır. Yaradıcılıq işlərimə davam edirəm”.

 

Qeyd edək ki, sənətçinin bir qızı, bir oğlu var idi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3289

Oxşar yazılar