Elzadan yeni "şeir"
25 fevral 2015 15:56 (UTC +04:00)

Elzadan yeni "şeir"

Əməkdar artist Elza Seyidcahan növbəti "şeir"ini yazıb. Lent.az-a açıqlama verən ifaçı deyib ki, yeni şeiri fevralın 18-də qələmə almağa başlayıb: “Bu şeirim də müzakirələrə səbəb olacaq. Min yerə yozulacaq. Amma dərin düşünən insanlar mənim nə demək istədiyimi anlayacaq. Barəmdə neqativ fikirlər söyləyən insanlara fikir verən olsa idim, Elza Seyidcahan olmazdım”.

 

 

E.Seyidcahanın yeni "şeir"ini təqdim edirik.

 

 

Psixasof – “Ruhun hikməti”

 

Şairlər var, şeirləri oxunmur, 
Yazanlar var, bir sözləri toxunur. 
Şairlər var, "şairləri" toxuyur, 
Yazanlar var, bir sözü ilə toxunur. 
Şairlər var, min söz ilə soxulur.

Şairlər var, min söz ilə toxunmur. 
Qovrulur…!
Psixasofdu, soxa-soxdu, sizə yoxdu.
Sedakafondu, şeirim fondu, 
Amma çoxdu!
Yazan var ki, pis gözlərə oxdur! 
Polifonikdi, sizinki mikdi!
Şair var ki, pik gözlərə dikdi!
Neynək…!
İndi adınız yazanlardı?!
İnciməyin, 
Şair var ki, yazanları pozdurur! 
Şair gərək,
Vətənindən, torpağından
İlham alsın, tarix olsun. 
Şair odur, bir könüldən min könülə vurulmaq üçün
Zahir olsun
Şair olsun
Zahid olsun
Aşiq olsun, 
Şair olsun 
O olmasın, olmasın ?!
O olmasın, bu olsun ?
Çox yazmasın, yazmasın ?
Sizə nə var ki ?
Qoy yazsın da ?!
Qoy yandırdsın, yaxıtsın da ?!
Hormonikdi, otuz ikilikdi !!!
Sizdə bəlkə yüz illikdi ?
Əsirlərin şairləri, yazanları olan yerdə,
Biz kimik ki ?!
Şairlər var, şeirləri soxulmur,
Yazanlar var, bir söz ilə oxunur.
Şairlər var, “şairləri” toxuyur,
Yazanlar var, bir söz ilə doğrayır !!!
Psixasofdu, çoxa-çoxdu,
Soxa-soxdu !

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 306
avatar

Yalçın UĞUR

Oxşar yazılar