Əməkdar artist Elza Seyidcahan övladlarından söz açıb. Lent. az-a açıqlama verən müğənni bildirib ki, onun ən böyük arzusu övladlarının xoş günlərini görməkdir: “Hər bir ananın arzusudur ki, oğlunu, qızını evləndirsin. Bir qızım, bir oğlum var. Hara gedirəm, bir qəşəng qız görən kimi, deyirəm ki, səni oğluma alacam. Amma oğlum hələ evlənmək istəmir, qızım da... Qızıma elçi gəlib, gəlir də. Şou-biznesdən deyil... Övladlarım onlardan danışmağımı istəmirlər. Mən də onlara söz vermişəm... Amma məşhur adamın övladları daim medianın diqqətindədir. ” - deyə o əlavə edib.