Əməkdar artist Elza Seyidcahan növbəti dəfə qeyri-adi fotosessiya etdirib. Çəkdirdiyi yeni şəkillər barədə Lent.az-a açıqlama verən müğənni bildirib ki, o hər zaman fərqli görünməyi sevir: “Həmişə yeni görünməyə çalışıram. İstər yaradıcılığımda, istərsə də imicimdə yenilikləri sevirəm. Bu dəfə də stilist Pərviz Mirzəyevlə bir yerdə işləmişəm. O, məni tanınmaz, fərqli bir hala saldı. Düşünürəm ki, fərqli bir fotosessiya oldu.”- deyə o əlavə edib.