Bu il Azərbaycanı Viyanda keçiriləcək “Eurovision 2015” mahnı müsabiqəsində təmsil edəcək müğənni Elnur Hüseynov promotura çıxıb. Lent.az-ın məlumatına görə, “Hour of the Wolf” adlı mahnı ilə Avropanı fəth etməyi qarşısına məqsəd qoyan ifaçının ilk səfəri bu gün Latviyaya olub. Konsert proqramı ilə çıxış edəcək müğənni sonda riqalı həmkarlarımızın suallarını cavablandıracaq.
Xatırladaq ki, 2-ci dəfə Azərbaycanı eyni müsabiqədə təmsil edən E.Hüseynov promotur çərçivəsində aprelin 13-ü Macarıstanda, 18-də Hollandiyada, 24-də isə Moskvada səhnə alacaq.
Qeyd edək ki, azərbaycanlı iştirakçı “Eurovision-2015” yarışmasında ikinci yarımfinal (mayın 21-də) çıxış edəcək.