Müğənni Elnur Azərbaycandan gedir
17 aprel 2015 18:07 (UTC +04:00)

Müğənni Elnur Azərbaycandan gedir

Azərbaycanın “Eurovision-2015” təmsilçisi Elnur Hüseynov may ayında müsabiqənin ikinci yarımfinalında çıxışından əvvəl Avropa promoturu çərçivəsində daha üç ölkəyə səfər edəcək. Lent.az-ın məlumatına görə, Elnur artıq Riqada və Budapeştdə olub. İndi isə azərbaycanlı müğənni Amsterdama və Moskvaya yollanır. Amsterdamda illik tədbir – “Eurovision in Concert” axşamı keçiriləcək. Bu tədbirə 20-dən çox müsabiqə iştirakçısı qatılacaq. Moskvada Elnur 10 ifaçı ilə bərabər müsabiqə öncəsi konsertdə çıxış edəcək.

 

Aprelin 20-də Elnur Belçikanın Qent şəhərini ziyarət edəcək. O, Belçikanın «MENT TV» kanalının efirində klipini təqdim edəcək və telekanalın jurnalistlərinə müsahibə verəcək. Daha sonra o, Hallestdə «TV-Limburg» kanalıda «Hour of the Wolf» mahnısını ifa edəcək. Belçikanın paytaxtı Brüsseldə isə Azərbaycan nümayəndəsini Belçika təmsilçisi Loik Notte bilə «Sony Music Belgium» ofisində gözləyir.

 

Aprelin 22-də Belçikadan Elnur Yunanıstana gedəcək. Burada o, Yunanıstanda və Kiprdə populyar olan «To Proino Mou» səhər şousunda müsahibə verəcək. Bundan əlavə, onu «Hello! Magazine» jurnalı və başqa Yunanıstan mediaları üçün fotosessiya və müsahibə gözləyir.

 

Promoturda final nöqtəni Elnur 26-27 apreldə Tbilisidə (Gürcüstan) qoyacaq. Burada o, səhnədə müsabiqə mahnısını ifa edəcək, həmçinin də «deep house» stilində konsert təqdim edəcək. Aprelin 27-də Elnur Gürcüstanın səhər şousunda iştirak edəcək və «Fortuna» radiosunun,  «Music Box» telekanalının və başqa yerli mətbuat nümayəndələrinin suallarını cavablandıracaq. Elnur Hüseynov mayın 21-də “Eurovision-2015” mahnı müsabiqəsinin ikinci yarımfinalında 11 nömrə altında «Hour of the Wolf» mahnısını təqdim edərək Azərbaycanı təmsil edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 691
avatar

Oxşar yazılar