Elçin və Sevda etiraf etdilər:<span style="color:red;"> “Səni Sevirəm”
14 fevral 2014 17:41 (UTC +04:00)

Elçin və Sevda etiraf etdilər: “Səni Sevirəm”

Müğənni Elçin Cəfərov və Sevda Yayhayeva bir araya gələrək “Səni sevirəm” adlı duetlərini təqdim ediblər. Bu barədə Lent.az-a açıqlama verən dj-Kazım bildirib ki, sözləri Azər Şirinə, musiqisi Elçin Cəfərova məxsus “Səni Sevirəm” adlı mahnı dinləyicilərin ixtiyarına verilib. Mahnı artıq bu gündən etibarən radio dalğalarda da səsləndiriləcək.

 

 

Dj-Kazım onu da əlavə edib ki, cütlük yeni işlərini ekranlaşdıracaqlar: “Sevda ilə Elçinin ifa etdiyi “Səni Sevirəm” adlı mahnıya çox yaxınlarda möhtəşəm bir klip çəkiləcək. Güman edirəm ki, gözləməyə dəyər”.

# 1903
avatar

Yalçın UĞUR

Oxşar yazılar