Salome Zurabişvili, Gürcüstanın prezidenti
26 may 2024 13:23 (UTC +04:00)

Salome Zurabişvili, Gürcüstanın prezidenti

Gürcüstan prezidentinə vətənə xəyanət İTTİHAMI

Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkə prezidenti Salome Zurabişvilini vətənə xəyanətdə ittiham edib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Kobaxidze Müstəqillik günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı qeyd edib ki, xalqın və onun seçdiyi hakimiyyətin birliyi son iki ildə Gürcüstanda sülhü qoruyub saxlamağa imkan verib.

O qeyd edib ki, bu da “ekzistensial təhdidlərə və müxtəlif  xəyanətlərə, o cümlədən prezidentin xəyanətinə baxmayaraq” əldə edilib.

İrakli Kobaxidze, Gürcüstanın baş naziri

“Gürcüstanın ən yaxın tarixi və müasir dünyada gedən proseslər bizə xüsusilə aydın şəkildə göstərdi ki, suverenlik ölkənin təhlükəsizliyinin ən səmərəli təminatıdır”, - baş nazir bildirib.

O vurğulayıb ki, hazırda Gürcüstan üçün öz dövlət müstəqilliyini qorumaq həmişəkindən daha vacibdir.

Prezident Zurabişvili hərbçilər və Gürcüstan rəhbərliyinin nümayəndələri qarşısında çıxış edərək ölkə hakimiyyətinin hərəkətlərini tənqid edib. Siyasətçi əlavə edib ki, oktyabrda keçiriləcək parlament seçkiləri ölkənin kursunu müəyyən edəcək - avropalı, yoxsa rusiyapərəst.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2463
avatar

Oxşar yazılar