Fransanın Şri-Lanka və Maldiv adalarındakı səfiri Jan-Fransua Pakte Kolombodakı iqamətgahında ölü tapılıb.
Lent.az xəbər verir ki, bu barədə Şri-Lanka Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Şri-Lanka Xarici İşlər Nazirliyi Fransanın Şri Lanka və Maldiv adalarındakı səfiri Zati-aliləri Jan-Fransua Paktetin vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verir", - məlumatda deyilir.
Qurum fransız diplomatın ölüm səbəbini açıqlamayıb.
Eyni zamanda “The Daily Mirror” qəzeti 53 yaşlı səfirin ölüm səbəbinin infarkt olduğunu bildirib.