İş yerinə partlayıcı atıldı, yaralıllar var
26 may 2024 01:30 (UTC +04:00)

İş yerinə partlayıcı atıldı, yaralıllar var

İstanbulda naməlum şəxslər ofis binasına bomba atıblar.

Lent.az-ın xəbərinə görə, bu barədə Türkiyənin “Milliyet” nəşri məlumat yayıb.

Hadisə Küçükçekmece bölgəsində baş verib.

İlkin məlumata görə, hadisə yerinə motosikletlə gələn naməlum maskalı şəxslər ofisin ərazisinə bir neçə dəfə partlayıcı atıb və ərazini tərk ediblər. Hadisə nəticəsində iki nəfər xəsarət alıb, binaya böyük ziyan dəyib.

Nəşrin məlumatına görə, polis hücumu törədən şəxslərin tutulması üçün genişmiqyaslı araşdırmalara başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1785
avatar

Oxşar yazılar