Avropada yerləşən bir sıra NATO ölkələri sərhədləri boyunca “dron divarı” inşa edəcəklər.
Lent.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Bildirilib ki, “dron səddi” Rusiyanın təcavüzündən və onun iştirakı ilə potensial təxribatlardan qorunmaq üçün yaradılır.
Layihə çərçivəsində Norveç, Polşa və Finlandiya üç Baltikyanı ölkə - Estoniya, Latviya və Litva ilə əməkdaşlıq edəcək.