10 min metr məsafədə dünya rekordu qırıldı
26 may 2024 04:26 (UTC +04:00)

10 min metr məsafədə dünya rekordu qırıldı

ABŞ-də baş tutuan "Diamond League" qaçış yarışında keniyalı atlet Biatris Çebet (Beatrice Chebet) 10000 metr məsafəyə qaçışda yeni dünya rekorduna imza atıb.

Lent.az xəbər verir ki, idmançı həmin məsafəni 28 dəqiqə 54,14 saniyəyə qət edib.

Bundan əvvəlki dünya rekordu efiopiyalı Letesenbet Gideyə məxsus olub və 2021-ci ildə (29 dəqiqə 01,03 saniyə) rekorda imza atmışdı.

Çebetin 24 yaşı var. O, 5000 metr məsafəyə qaçışda dünya çempionatının gümüş (2022) və bürünc (2023) mükafatçısıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3687
avatar

Oxşar yazılar