Konfrans Liqası:  “Trabzonspor” qələbə qazandı, "Ayaks" məğlub oldu
16 oktyabr 2026 01:11 (UTC +04:00)

Konfrans Liqası: “Trabzonspor” qələbə qazandı, "Ayaks" məğlub oldu

0

Bu gün UEFA Konfrans Liqasının liqa mərhələsinə start verilib.

Apasport.az xəbər verir ki, ilk tur çərçivəsində 18 qarşılaşma keçirilib.

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Trabzonspor” səfərdə Finlandiyanın “KuPS” klubu ilə üz-üzə gəlib. Görüş Türkiyə təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Günün digər maraqlı qarşılaşmalarında Xorvatiyanın “Hayduk” klubu Niderlandın “Ayaks” komandasını qəbul edib.

İtaliyanın “Atalanta” klubu Kiprin “Pafos” təmsilçisi ilə, İngiltərənin “Brayton” komandası isə Litvanın “Kauno Jalgiris” klubu ilə qarşılaşıb.

UEFA Konfrans Liqası

Liqa mərhələsi, I tur

15 oktyabr

20:45. KuPS (Finlandiya) – “Trabzonspor” (Türkiyə) 2:4

20:45. “Luqano” (İsveçrə) – “Srvena Zvezda” (Serbiya) 3:2

20:45. “Hayduk” (Xorvatiya) – “Ayaks” (Niderland) 2:1

20:45. “Gent” (Belçika) – “Orxus” (Danimarka) 1:0

20:45. “Eqnatiya” (Albaniya) – “Midtyulland” (Danimarka) 1:1

20:45. “Myellbü” (İsveç) – “İnter Eskaldes” (Andorra) 2:0

20:45. “Panatinaikos” (Yunanıstan) – “Borats” (Bosniya və Herseqovina) 2:1

20:45. MOİK (Sofiya, Bolqarıstan) – “Monako” (Fransa) 1:2

20:45. “Riqa” (Latviya) – “Kayrat” (Qazaxıstan) 1:1

20:45. “Universitatya Krayova” (Rumıniya) – “Xetafe” (İspaniya) 1:1

23:00. “Atalanta” (İtaliya) – “Pafos” (Kipr) 3:1

23:00. “Brayton” (İngiltərə) – “Kauno Jalgiris” (Litva) 4:0

23:00. “Kopenhagen” (Danimarka) – “Braqa” (Portuqaliya) 3:0

23:00. “Tvente” (Niderland) – “Tun” (İsveçrə) 1:0

23:00. “Harts” (Şotlandiya) – “Nordsyelland” (Danimarka) 1:1

23:00. “Sint-Tröyden” (Belçika) – “İberiya” (Tbilisi, Gürcüstan) 2:0

23:00. “Frayburq” (Almaniya) – “Yablonets” (Çexiya) 3:2

23:00. “Brann” (Norveç) – “Linkoln Red İmps” (Cəbəllütariq) 2:1

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 242

Oxşar yazılar