"Mançester Siti"nin hücumçusu Erlinq Haland peşəkar futboldan getdikdən sonrakı həyat planlarını bölüşüb.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, norveçli hücumçu kiçik bir fermada məskunlaşmağı xəyal edir. Futbol meydançasından getdikdən sonra traktor sürmək və inəklərə qulluq etmək istəyir.
Ulduz futbolçunun planları sosial mediada canlı müzakirələrə səbəb olub. İstifadəçilər müasir futbolun ən məhsuldar hücumçularından birinin idman şöhrətini fermada sakit bir həyat üçün dəyişdirmək istəyindən təəccüblənirlər.
Halandın 2022-ci ilin yayında “Mançester Siti”yə keçdiyi məlumdur. İngilis klubu norveçlini Dortmund “Borussiya”sından 60 milyon avroya alıb.