Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə vurduğu zərərin qarşısının alınması istiqamətində İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları və 6 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən birgə tədbir keçirilib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, tədbir zamanı avtonəqliyyat vasitələrinin texniki sazlığı xüsusi cihazlarla yoxlanılıb.
Ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin sürücüləri ilə izahedici söhbət aparılıb və barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.