Litvanın hazırkı dövlət başçısı Gitanas Nauseda prezident seçkilərinin ikinci turunda 74,43 faiz səslə qalib gəlib.
Lent.az xəbər verir ki, bunu ölkənin Baş Seçki Komissiyasının məlumatları sübut edir.
Bütün 1895 seçki məntəqəsində səslərin hesablanması nəticəsində onun rəqibi Litvanın baş naziri İnqrida Şimonite 24,06% səs toplayıb.
Litvanın milli radiosu “LRT” portalının məlumatına görə, ikinci turda seçici fəallığı 49,6% təşkil edib.
Şimonite artıq məğlubiyyətini qəbul edib və Nausedanı təbrik edib.